11:28 04.09.2021 561

Dünəndən sabaha: Şərikimiz İslandiya və rəqibimiz Lüksemburqla rəqəmli müqayisə

Çox ağıllı taktikadı. Deməli, öncə problemi yaradırsan, sonra özünü onun həllinə çalışırmış kimi göstərirsən. Bu problem bəzən bəhanəyə çevrilir, səni qoruyur, zaman qazandırır.

Canni de Byazinin futbolumuzun bugünkü faciəli durumunda zərrə qədər günahı yoxdu, pulunu qazanmağa gəlib və o gəlməmişdən də eyni vəziyyətdə idik. Hətta o, həvəslə gəlmişdi, işə də ürəklə başladı, görəndə ki, AFFA-dakıları futbolun inkişafı maraqlandırmır, bizneslərini qurub pul qazanırlar, italiyalı da mühitə uyğunlaşdı.

De Byazi dünən AFFA-nın bəhanəsinə çevrilən faktdan yapışıb, İrlandiya ilə oyunöncəsi mətbuat konfransında əvvəllər dediyini təkrarlayıb: “…Qrupumuzda yer alan bütün komandalar reytinq baxımından bizdən irəlidədir…”

İndi ki, söhbət  reytinqdən düşüb, elə bu məqamı araşdıraq, görək AFFA 14 il ərzində reytinqimizi yaxşılaşdırmaq üçün nə iş görüb?

Öncə başqa müqayisə aparaq. Azərbaycan klubların reytinq cədvəlində 30-cu pillədədi. 49-cu sırada başladığımız, avrokuboklardakı çıxışlara görə qiymətləndirilən bu cədvəldə 2007-ci ildə (bu tarixi təsadüfən seçməmişik, yazının davamında səbəbi biləcəksiz – müəl.) 42-ci olmuşuq. Sonra klublarımızın uğurlu oyunları nəticəsində 23-ə kimi irəliləmişik – “Qarabağ”ın Çempionlar Liqasının qrupuna yüksəldiyi 2017-ci ildə ən yüksək göstəriciyə sahib olmuşuq. Bu uğurda ağdamlıların ardıcıl qrup mərhələsinə qalmasının, “Qəbələ”nin iki dəfə eyni uğura imza atmasının rolu olub. Sonralar “Qarabağ” tək qaldı, uzun müddət ölkəmizi ilk “26-lıq”da saxladı, indi isə 30-cuyuq. Yenə “atlılar”ın sayəsində bir müddət bu pillədə duruş gətirəcəyik, sonrası digərlərinin qeyrətə gəlməsindən asılıdı.

Və bu yüksək reytinq sayəsində “Qarabağ” püşkatmada nisbətən uyğun rəqiblərlə düşür, daha zəif komandalarla oynayıb onları keçmək şansı qazanır. Reytinqin belə üstünlükləri var. Bir şərtlə ki, həmin sıralamada irəliləmək üçün bəzən boyundan yuxarı tullanasan. Necə ki, “Qarabağ” özündən üstün olan “Rusenborq”u, “Tvente”ni üstələməklə buna nail oldu, ardınca düzgün strategiya seçildi, planlı iş quruldu və uğurlar davam etdi.

De Byazi də hər dəfə reytinqə eyham vuranda bunu demək istəyir. Bəli, rəqiblərimiz reytinqdə bizdən öndədir, deməli, daha güclüdülər. Özündən öndə olana uduzmaq ayıb sayılmır. Həm italiyalı, həm də AFFA-dakılar bu bəhanə çətirinin altında gizlənib. Halbuki Millətlər Liqasının 2020/21 mövsümündə heç bunu yada salan yox idi. O zaman Azərbaycan cədvəldə bir-birinə qonşu olan rəqiblərlə görüşlərdə 6 xalla autsayder olmuşdu, mənfur qonşu Ermənistan isə daha güclü rəqiblərlə mübarizədə lider kimi bir üst liqaya vəsiqə qazanmışdı.

Amma indi millimiz reytinqdə hamıdan geridi və de Byazi də bu faktla manipuliyasiya edir. Avqustun 12-də açıqlanan son reytinq cədvəlinə görə rəqiblərimizdən Portuqaliya 8-ci, Serbiya 29-cu, İrlandiya 47-ci, Lüksemburq 96-cı pillədə qərarlaşıb. Biz isə 112-ciyik.

AFFA-nı haqlı çıxaran tablodu, elə deyilmi? Amma…

2005-2015-ci illər Dövlət Proqramı ona görə qəbul olundu ki, futbolumuz inkişaf etsin. Ölkə rəhbərliyi bu sahəyə qayğısını artırdı, misilsiz imkanlar yaratdı. İndinin özündə də AFFA-nın pul problemi yoxdu, SOCAR kimi şirkət AFFA-nın ana sponsorudu, üstəlik, ölkə klubların əksəriyyətinə maliyyə ayırır. Bir sözlə, dövlət baba futboldan əlini çəkməyib, nə lazımdısa, nə mümkündüsə, edir. Bəs, nəticə? Burada Qəribi ağlamaq tutur. Çünki fantastik işlər görən “Qarabağ”, qismən də “Qəbələ” və keçmiş “Neftçi” rəhbərliyindən başqa bu qayğıya adekvat cavab verən olmadı, AFFA isə ümumiyyətlə, üzünə-gözünə bulaşdırdı.

Bu qədər maliyyənin, misilsiz qayğının qarşılığında futbolumuz inkişaf etməli, müxtəlif layihələr sayəsində ən azı qitə ortababına çevrilməliydik. Son 15 ildə ölkə futbolunda infrastrukturun qurulmasına, çempionatın təşkilinə, uşaq futbolunun dirçəldilməsinə, milli komandaların hazırlığına, hətta UEFA-yla reklam müqaviləsinə (ağıllı icraçılar bunun dividendlərindən də faydalanmalıydı – müəl.) 2-3 milyard dollar xərclənib. Qarşılığında heç bir inkişaf olmayıb, hətta 3 addım geri getmişik.

Reytinq əldə bəhanədisə, elə bunu əsas götürək. AFFA-nın icraçı vitse-prezidenti, ölkə futbolunun de-fakto idarəçisi Elxan Məmmədov 2007-ci ilin iyulunda baş katib kimi vəzifəyə gələndə millimiz dünya reytinqində 109-cu sırada olub. 14 il ərzində Məmmədovun vəzifəsi, səlahiyyətləri böyüyüb, millimiz isə yerində var-gəl edib, hazırda 3 pillə geriləməklə 112-cidi. Maraqlıdı ki, o, hakimiyyətinin ilk 8 ayında – Rövnəq Abdullayev 2008-ci ilin martında AFFA prezidenti seçilənə kimi yığmanı 119-cu pilləyə kimi gerilədə bilmişdi. Bu baxımdan indi Rövnəq bəy 13 ilə millini 7 pillə irəliyə aparmasıyla öyünə bilər. Təbii ki, bu, ironiyadı.

Başqa cür işləmək, inkişafı təmin etmək mümkün idimi? Əlbəttə! Sadəcə, ortaya ciddi layihələr qoymaq, strategiya müəyyənləşdirmək və vicdanla işləmək, yalnız talamaq düşüncəsindən kənar olmaq lazım idi. Misal üçün, Məmmədovun AFFA-ya gəldiyi gün İslandiya millimizlə 109-cu pilləni bölüşürdü. Ada ölkəsi futbolda əla inkişaf strategiyası seçdi, nəticədə böyük turnirlərin final mərhələlərinə vəsiqə qazandı. Bu gün isə dünya reytinqində 53-cü yerdədilər. Elxan bəyin hakimiyyətdə olduğu 14 il ərzində islandlar düz 56 (!!!) pillə irəliləyib, biz 3 pillə geriləmişik. Ayrılan malyyədə isə İslandiya bizə yalnız həsəd apara bilər.

Başqa bir misal: İndi bizimlə eyni qrupda yer alan, sentyabrın ilk günündə uduzduğumuz Lüksemburq 2007-ci ilin iyulunda – Elxan bəy vəzifə başına gələndə 174-cü pillədə, yəni bizdən 65 pillə geridə idi. İndi isə onlar 96-cıdı – bizdən 16 pillə öndə. 14 ildə “cırtdanlar” 78 pillə irəliləyib, biz daha da cırtdanlaşmışıq.

Növbəti nümunə bir az ədalətsiz görünə bilər, amma maraqlı məqamlar olduğu üçün qeyd etməliyik. Elxan Məmmədov baş katib təyin olunan gün Belçika FIFA reytinqində 70-ci idi, bu gün ilk sıradadı. 69 pilləlik sıçrayış təsadüfi deyil, bu illər ərzində belçikalılar mükəmməl strategiya sayəsində ölkə futbolunu yenidən dirçəldərək zirvəyə qalxıb.

İndi ortaya sual çıxır: bəs, Məmmədov bu 14 ildə nə işlə məşğul olub? Şəxsi sərvətini hər il minimum 1 milyon dollar artıran bu adam indi bizi az qala topun qadağan olunduğu Koreya və adını çəkəndə uğunmaq istədiyiniz Mozambiklə qonşu edib. Bəlkə reytinq bəhanəsini unudub illərin hesabatını vermək zamanıdı?

Day-dayları, himayədarları hələ də Elxan bəyi müdafiə etməklə, yuxarı dairələrdə qorumaqla məşğuldu. Çünki onun 14 illik fəaliyyəti araşdırılsa, təkcə vəzifəsini itirməyəcək, həm də dəmir barmaqlıqlar arxasına yol görünəcək. Və onun ifşası dolandırdığı, maliyyə maraqlarını təmin etdiyi arxasındakıların da kreslosunu tərpədəcək. İdman naziri olmaq sevdasına düşən, daha yüksək təyinatlar gözləyən, bacarıqsızlığı ifşa olunduğu üçün AFFA-nın binasında qorunmaqda olan Elxan bəyin bəh-bəhlə təqdim edilən bacarığı yuxarıda göstərdiyimiz rəqəmlərdən ibarətdi.

Beləliklə, indi de Byazi reytinqdən danışır, özünə bəraət qazandırmağa çalışır. Bəs, Məmmədovun bəhanəsi nədir? Axı, millinin son nəticələrindən sonra gələn ay reytinqdəki vəziyyətimiz daha faciəvi olacaq.

VÜSAL MAHMUDOV

P.S.: Son 3 gündə müxtəlif millilərimiz 4 oyuna çıxıb və hamısı da uduzub.

Əsas yığma: Lüksemburq – Azərbaycan 2:1

Gənclər yığması: Xorvatiya – Azərbaycan 2:0

U-19: Serbiya – Azərbaycan 2:1

U-17: Azərbaycan – Türkiyə 1:4

YEKUN: 3 günə 4 oyun, 4 məğlubiyyət, top fərqi – 3:10.

Mənbə: Futbolinfo.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X