21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının noyabrda keçirəcəyi oyunların stadionları müəyyənləşib.
Fanat.Az xəbər verir ki, millimiz noyabrın 12-də Avstriya, 16-da isə Norveç komandası ilə qarşılaşacaq.
Hər iki görüş “Bakcell Arena”da keçirləcək. Oyunların başlama saatı isə hələlik dəqiqləşməyib.
Qeyd edək ki, U-21 seçmə mərhələyə səfərdə başlayıb və ilk iki oyunda Xorvatiyayla (0:2) Avstriyaya (0:6) uduzub. Millinin növbəti oyunları oktyabrın 8-də Finlandiyaya, 12-də isə Xorvatiyaya qarşı olacaq. Hər iki qarşılaşma Sumqayıtda keçiriləcək.
Mirağa