Polşanın "Gdansk.pl" saytının jurnalisti Roman Daşinski "Lexiya" - "Legiya" görüşü barədə məqaləsində millimizin hücumçusu Mahir Emrelinin də çıxışına toxunub.
Fanat.Az "Gdansk" portalına istinadən xəbər verir ki, Daşinski Emrelinin gələcəkdə transfer dəyərinin artacağını qeyd edib:
"Demək olar ki, hər oyunda qol vuran və hazırda cəmi 1 milyon avro dəyərində qiymətləndirilən azərbaycanlı parlaq hücumçu Mahir Emrelinin transfer dəyəri sözsüz ki, gələcəkdə daha da çox olacaq".
Xatırladaq ki, Emreli "Legiya"nın heyətində butun turnirlər daxil olmaqla toplam 10 qol vurub.
Emin Şəmsiyev