16:13 11.10.2021 1127

Cavadov De Byaziyə səsləndi: “Bura gələndə bilmirdin ki, hansı yerdəyik?”

Oktyabrın 9-da Bakı Olimpiya stadionunda İrlandiya yığması ilə qarşılaşan millimiz 0:3 hesablı məğlubiyyətə uğradı.

Baş məşqçi Canni De Byazi oyunsonrası mətbuat konfransında yığmanın yaxşı oynadığını desə də, komanda və baş məşqçi çıxışına görə haqlı tənqidlərə məruz qaldı. Əlbəttə, bu nəticə azərbaycanlı azarkeşlər üçün heç də xoşagələn olmadı.

Bəs yığmamızın sabiq futbolçusu Vaqif Cavadov hansı çatışmazlıqları gördü?

Cavadov Qaynarinfo-ya müsahibəsində komandanın durumu ilə bağlı düşüncələrini bölüşdü:

- Millimizin İrlandiya ilə oyunu haqda nə düşünürsünüz?
- Baş məşqçinin dediyinə görə, yaxşı oynayıblar. Azərbaycanda olan 10 milyon insanın ən azı 1 milyonu, lap 200, 300 mini yəqin ki, futbola baxıb. İrlandiya ilə səfərdə 1:1 oynayanda komanda mübarizə apardı. Bəlkə uduza da bilərdilər, amma heç kim deməyəcəkdi ki, pis oyun nümayiş etdirdilər. Ancaq bu dəfə komandanın qətiyyən hazırlığı yox idi. Kimin nə etdiyi bilinmirdi. Biz hər zaman futbolçuları qınayırıq. Bu isə düzgün deyil. Bilirsən ki, İrlandiya hava toplarında yaxşıdır. Sən isə küncdən zərbə zamanı topu havaya qaldırırsan. Onsuz da sənin rəqibin cərimə meydançasına yığışmış futbolçularının hamısının 1.70-1.75 metr boyu var. "İkinci mərtəbə”də zəifsənsə, topu yerlə ötür, fərqli kombinasiyadan istifadə elə. Rəqibə qalib gələ bilməyəcəksənsə topu hava ilə ötürməyin nə mənası var? Bunun futbolçuları günahlandırmaqla heç bir əlaqəsi yoxdur. Bütün tsikl boyu 5 müdafiəçi ilə oynamısan. İndi 4 müdafiəçi ilə oynayırsan, Anton Krivotsyuku da sol cinaha keçirirsən. Soldan oynamaq istəyirsənsə, Toral Bayramovu o cinaha keçir ki, hücumameyilli olsun, kimisə aldatsın. Necə ki, "Qarabağ” da bu şəkildə oynayır. Anton hücuma necə çıxsın? Onda elə bir üstünlük yoxdur axı. De Byazinin heyətləri hər dəfə qaranlıq qalır.

-  Düşünmək olar ki, baş məşqçi hələ də komandanı hansı sistemlə oynadacağını "tuta” bilməyib?
- "Tuta” bilmir deyəndə, belə baxanda hər dəfə eyni heyətlə oynayır. Məncə, futbolçuları düzgün mövqelərdə yerləşdirməkdə çətinlik çəkir. Kənardan görünən budur. Amma görürük ki, bu, doğru deyil. Səfərdə 1:1 oynadığımız rəqib deyil? Deməli, yenə də oynamaq mümkündür. Sadəcə, nəyisə dəyişmək, hansısa nöqsanlara yol verməmək lazımdır. Görürsən ki, İrlandiya "ikinci mərtəbədə” güclüdür. Hava topları ilə oynamağın nə mənası var? Yerlə oyna. Ümumiyyətlə, bunları oyundan öncəki məşqlərdə çalışmaq lazımdır. Amma qaçışla, fiziki məşqlərlə deyil. Oyun qurmalısan, sxem formalaşdırmalısan. Biz bilmirik ki, De Byazi komandadan nə istəyir. Elə komanda görməmişəm ki, müdafiədə top saxlamaqla hesabda irəlidə olsun. Qol vurmasan, tablodakı rəqəmlər necə dəyişə bilər? Statistikaya baxıb deyir ki, "topu çox saxlamışıq”. Harda, hansı bölgədə top saxlamısan? Baş məşqçi elə bilməsin ki, Azərbaycanda futboldan anlayışı olan, onu başa düşən adamlar yoxdur. Oyundan sonrakı mətbuat konfransında suallara tam başqa cür cavab verir. Baş məşqçiyə bunu yaraşdırmıram. Nə varsa, onu deməlidir. Gələndə deyirdi ki, "bu uşaqların böyük potensialı var, nəsə qazanacağıq”. İndi "Niyə alınmır” sualına cavab verir ki, "İrlandiya 50-ci yerdədir, "Azərbaycan 100-cü”. Sən bura gələndə bilmirdin ki, hansı yerdəyik? Ya suala cavab vermə, ya da olanı de.

- Bəli, De Byazi Azərbaycana gələndə fərqli fikirlər səsləndirirdi. Düşünmək olarmı ki, o komandanın bundan artığına gücü çatmayacağını görüb və fikirlərini dəyişib?
- Elə ona görə dedim ki, bu, baş məşqçiyə yaraşmır.

- Bu milli ilə qrupda nəsə etmək olardı? Ümumiyyətlə, qrup müəyyənləşəndə özlüyünüzdə nə proqnoz vermişdiniz?
- Əlbəttə, biz həmişə böyük komandalarla oynamışıq. Uşaqlar da bunu sübut ediblər. Sadəcə, futbolçuları düzgün motivasiya etmək lazımdır. Motivasiya, taktika problemləri özünü göstərir. Çox şeylər var. Hər bir rəqibə qarşı oynamaq olar. Güclü rəqiblərimizdən Portuqaliyanı göstərmək olar. Bu dəqiqə hamı futbol oynayır. Sadəcə, bizdən fərqli olaraq nə etdiklərini bilirlər. Hücum qura bilmirik. Əvvəllər bir taktika vardı. Küncdən zərbə zamanı topu birinci, ikinci, üçüncü futbolçu buraxırdı, 4-cü isə vururdu. İndi bunu da etmirik. Yadda qalan belə yeniliklər olur. Bunlar isə özləri üçün oynayır. Hətta oyunun şərhçisi belə deyirdi ki, "De Byazi yox kimidir”. Həqiqətən də yox kimi bir şeydir. Çoxları fubolçuları günahkar hesab edə bilər. Amma baş məşqçi də nəyisə başa salmalıdır, öyrətməlidir ki, sonradan uşaqlardan onu tələb etsin. Sonra desin ki, "uşaqlardan filan şeyləri tələb etdim, yerinə yetirmədilər”. Rusiya yığmasının baş məşqçisini nümunə gətirim. Tənqidləri qəbul edir, səhvlərini də boynuna alır, bununla yanaşı, vacib olan 3 xalı qazandıqlarını da deyir. Dünya çempionatının finalına çıxmasaydılar, camaat deyəcəkdi ki, "bizə lazım olan 3 xal idi, qazana bilmədiniz”. Burda nüanslar var. Amma o demək deyil ki, mətbuata başqa sözlər deməlisən. Heç olmasa desin ki, "səhvlərimiz var və gələn oyunda aradan qaldırmağa çalışacağıq”. Mətbuat təkcə jurnalistlər deyil, həm də futbolsevərlərdir, azarkeşlərdir. Onlar müsahibəni özləri deyil, camaat üçün götürür. Mən futbolu belə başa düşürəm. Bizim bir millimiz var və hamının gözü ondadır. Əminəm ki, bunu De Bayzi də çox gözəl başa düşür və dərk edir.

- Milliləşdirimiş futbolçular, konkretləşdirsək, Filip Ozobiç özünü göstərə bilir?
- Ozobiç nə verir ki? O, ən azı bir yerli futbolçunun, məsələn, Rüfətin, yaxud kiminsə yerini tutur. 

- Ömrünü futbola həsr etmiş biri kimi bu durumdan çıxış yolunu nədə görürsünüz? De Byazinin gedişi problemləri həll edə bilərmi? Söhbət təkcə bu tsikldən getmir.
- Bununla bağlı AFFA rəhbərliyi qərar verə bilər. Mən yalnız kənardan gördüyümü deyə bilərəm. Yəqin ki, işinə görə ya qalacaq, ya da gedəcək. Hamı istəyir ki, komanda ən azı oyun göstərsin. Bilək ki, oyun göstərib sonra uduzdular. Komanda hazır deyilsə, burada futbolçuların nə günahı var? İnanmıram ki, futbolçular özbaşına qərar versin. Qurban Qurbanovun "Qarabağ”ını, "Barselona”nı görürük. "Barselona” nə üçün hava ötürmələrindən istifadə etmir? Çünki heyətində xeyli boyu balaca olan futbolçular var. Bunu baş məşqçi deməlidir. Məşqlərdə ev tapşırığı olmalıdır. Hücumun necə qurulmasını, kimin hansı şəkildə oynamasını başa salmalıdır. Taktiki gedişlər oyundan əvvəl verilməlidir. Mən özümdən heç nə demirəm, futbol belədir.

- Baş məşqçi Azərbaycana gələndən sonra millimizdə irəliləyiş görmüsünüz?
- İlk oyunda məşqçi barəsində nə demişəmsə, elədir. Heç bir dəyişiklik yoxdur. Necə var idi, elə də qalıb.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
17:05

''Beşiktaş'' ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X