Mahir Emreli koronavirusa yoluxdu

Mahir Emreli koronavirusa yoluxdu

Azərbaycan millisində ciddi itki baş verib.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Mahir Emreli koronavirusa yoluxub.

Bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Belqradda Serbiya ilə qarşılaşacaq yığmamızın üzvünün oyunöncəsi COVID-19 testi pozitiv nəticələnib. UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, Emreli Serbiya - Azərbaycan oyununda iştirak edə bilməyəcək.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər