13:47 10.11.2021 518

Yığmamız bu gün ilk sınağına çıxır

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə oyunlarına start verir. 

Fanat.Az xəbər verir ki, Elxan Abdullayevin başçılıq etdiyi milli bu gün ilk oyununu keçirəcək. 

U-19 Bakı vaxtı ilə saat 21:00-da Lüksemburqda keçiriləcək oyunda Belçika yığması ilə qarşılaşacaq. Qarşılaşmanı Bosniya və Herseqovinadan olan baş hakim Luka Bilbiya idarə edəcək. Ona həmyerlisi Aleksandr Smilyaniçlə Lüksemburqdan olan Dani Dias Balsa kömək edəcək. Dördüncü hakim funksiyasını da yerli Sedrik Biever yerinə yetirəcək. 
 
Qeyd edək ki, U-19 seçmə mərhələdə Belçika, Lüksemburq və İspaniya ilə eyni qrupda mübarizə aparacaq. 

Mirağa

Redexphoto
Oxşar xəbərlər
Facebookdan bizi izləməyi unutmayın.
X