Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov DÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, 0:4 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında belə danışıb:
“Ardıcıl beş oyundur məğlub oluruq. Bu, heç də yaxşı hal deyil. Bu cür məğlubiyyətlər psixoloji cəhətdən futbolçulara mənfi təsir edir. Doğma meydanda keçirdiyimiz oyunda xal qazanıb “qara zolaq”dan çıxmaq istəyirdik. Bu cür rəqiblərlə oyunda minimum səhvlə oynamaq lazımdır. Bu oyunda buraxdığımız səhvlər üzündən qapımızda qollar gördük. Artıq Rusiya ilə oyunu unudub Monteneqro ilə qarşılaşmaya diqqət ayırmalıyıq".