Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 16-cı turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.
Aue təmsilçisi səfərdə “Verder”ə 0:4 hesabı ilə uduzub.
Nazarov meydana start "11-lik"də çıxıb və sonadək mübarizə aparıb.
16 oyuna 14 xal toplayan “Ersgebirge” 18 kollektiv arasında 15-ci pillədə mövqe tutub.