Futbol üzrə Türkiyə 1-ci liqasında 15-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Menemenspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
Vüsal 60-cı dəqiqədə meydana buraxılıb. Azərbaycanlı futbolçu 76-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
15 tura 14 xal toplaya bilən “Keçiörengücü” 9 iştirakçı arasında 17-ci pillədədir.