Avropa çempionatının final mərhələsində Azərbaycan millisinin rəqiblərindən Bosniya və Herseqovina mini-turnirdə iştirak edəcək.
Fanat.Az xəbər verir ki, Slovakiyanın Pieştanı şəhərində keçirilən turnirə qatılan rəqibimiz bu gün yerli vaxtla saat 17:45-də meydan sahibləri, sabah eyni vaxtda Çexiya ilə üz-üzə gələcək.
Dekabrın 17-də isə turnirin son matçında İvo Krezanın komandasının rəqibi Avstriya olacaq. Oyun yerli vaxtla 14:30-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan – Bosniya və Herseqovina matçı gələn il yanvarın 29-da Amsterdamda keçiriləcək.
Mirağa