U-15 və U-16 millimizin baş məşqçisi Füzuli Məmmədovla qızlardan ibarət millinin baş məşqçisi Siyasət Əsgərov Türkiyənin "Adana Dəmirspor" klubunun bazasında olublar.
Fanat.Az xəbər verir ki, mütəxəssislər səfər çərçivəsində baş məşqçi Vinçentso Montella ilə görüşüblər.
Ona milli komandamızın forması hədiyyə edilib, eyni zamanda fikir mübadiləsi aparılıb.
Artıq 3 gündür qardaş ölkədə olan məşqçilərin səfərinin məqsədi təcrübə toplamaq, məşq prosseslərində tətbiq olunan yeniliklərə tanış olmaqdır.