Türkiyə I Liqasında 17-ci turun görüşləri keçirilir.
Fanat.Az xəbər verir ki, millimizin futbolçusu Namik Ələsgərovun şərəfini qoruduğu "Bursaspor" səfərdə turnir cədvəlinin lideri "Ümraniyespor"un qonağı olub.
Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Əsas heyətdə meydana çıxan Namik görüşün sonuna kimi çıxış edib.
Qeyd edək ki, hazırda aktivində 18 xal ı olan "Bursaspor" turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Namikin hesabında isə 4 qol var.