Slovakiyada təşkil olunan turnirdə iştirak edən Bosniya və Herseqovinanın futzal millisi növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, millimizin AÇ-2022-dəki rəqibi Avstriya ilə qarşılaşıb.
Oyun bosniyalıların 7:4 hesablı qələbəsi ilə başa çatıb.
Bosniya və Herseqovina bundan əvvəl Slovakiyaya 4:5, Çexiyaya 3:5 hesabı ilə yenilib.
Qeyd edək ki, futzalçılarımız bu komanda ilə AÇ-2022-nin final mərhələsi çərçivəsində yanvarın 29-da qarşılaşacaq.