Almaniya 2-ci Bundesliqasında 18-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, millimizin 30 yaşlı hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Şalke" səfərdə "Hamburq"la üz-üzə gəlib.
Oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Rüfətin adı oyunun iştirak ərizəsinə salınsa da, o, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
18 turdan sonra 30 xalı olan "Şalke" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.