13:32 22.12.2021 424

\"Hər dəqiqə bizim üçün qızıl dəyərindədir\" - Millimizin baş məşqçisi

Yanvarda futzal üzrə Azərbaycan millisini ciddi sınaq gözləyir. Komandamız Joze Alesio Da Silvanın başçılığı ilə Avropa çempionatının final mərhələsinə yollanacaq. Ancaq Ukrayna ilə sınaq görüşləri ümid vermədi. Futzalçılarımız Bakıda keçirdikləri hər iki oyunda dörd top fərqi (0:4 və 1:5) ilə uduzdu. Qarşıdakı bir ayda nə dəyişəcək?   

Millinin baş məşqçisi Joze Alesio Da Silva Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verərək həm komandanın durumunu, həm də qarşıdakı hazırlıq planı barədə ətraflı danışıb. 

Fanat.Az braziliyalı çalışdırıcının müsahibəsini təqdim edir. 

- Hər iki oyun haqda matç bitdikdən sonra açıqlama vermisiniz. Soyuq başla daha hansı məqamları qeyd etmək istərdiniz?
- Nəticələr ürəkaçan olmasa da, oyunlar xeyrimizə oldu. Sonuncu dəfə apreldə rəsmi oyun keçirmişdik. Sonrakı 7 ayda komandaya bir araya toplanmamışdı. Əlbəttə, az müddət deyil. Oyundan əvvəl tam heyətlə 6 məşq keçdik. Çünki ölkə xaricində çıxış edən futzalçılarımız dekabrın 14-də Bakıya gəldilər. Klubları ilə oyunları var idi. 6 məşq elə də yüksək göstərici deyil. Nəzərə alın ki, xarici klublarda çıxış edən futzalçılarımız hər biri fərqli baş məşqçinin rəhbərliyi altında fərqli üslubda oynayırlar. Onları yenidən öz sistemimizə qaytarmaq, standart vəziyyətlər zamanı tapşırıqların icrasını mənimsəmək xeyli məşq istəyir. Oyunlar göstərdi ki, çox işləməliyik. Düzdür, ilk oyunla müqayisədə ikinci matçın 1-ci hissəsində nisbətən yaxşı oynadıq. Ancaq bu yetərli deyil. Rəqibimiz də Avropanın güclü komandalarından biridir. Üstəlik, onlar bizimlə oyuna qədər İspaniya və Rumıniya yığmaları ilə üst-üstə 4 oyun keçiriblər.

- Hansı səhvlər həlledici oldu?
- Həm müdafiədə, həm də hücum planında səhvlərə yol verdik. Futzalçılar fərdi oyuna daha çox meyl edirdilər. Halbuki biz kollektiv şəkildə tapşırıqları yerinə yetirməli idik. Oyunun gedişində kollektiv oyunumuz alınmadı. Buna görə də fərdi oyuna üstünlük verdilər, nəticədə səhvlər bir-birini təkrarladı. Oyun intizamını itirdik. Ramiz Çovdarov ikinci oyuna zədəli çıxmışdı. Rövşəni də bu səbəbdən tez əvəzlədik.

Futzalçılara demişdim ki, hakimlər danışmayın. Hətta ilk matçda Bolinyaya tapşırdım ki, ehtiyatlı ol. Amma sonrası göz qabağındadır. Paltardəyişmə otağında da ilk tapşırıqlarımdan biri  bu olurdu. Ancaq meydanda emosiyaları idarə etmək bir qədər çətin olur. Bəzən nəzarəti itirirsən… Hətta oyunun bir epizodunda Rizvan qapçı formasında meydanda olduğu halda İsa  heç kimə demədən oyuna çıxdı və meydanda eyni vaxtda 6 futzalçımız oldu. Bunlar tələskənliyin nəticəsidir. Həm də tam hazır olmayaanda bu cür səhvlərdən qaça bilmirsən.

- Bu nəticələr sizin üçün nə dəcərədə gözlənilən idi?
- Gəzlənilməz oldu. Problemlərin olacağını bilirdim. Çünki uzun müddət idi oynamırdıq, buna görə də səhvlərdən qaça bilməyəcəyimizi düşünürdüm. Oyundan sonra uşaqlara bundan nəticə çıxarmalı olduğumuzu dedim. Məğlub olsaq da, hər iki görüş xeyrimizə oldu. Səhvlərimizi gördük, final mərhələsinə qədər bunu aradan qaldırmalıyıq. Futzal elə oyundur ki, taktiki tapşırıqları mənimsəmək üçün gərək mütəmadi oynayasan.

- Yanvardakı hazırlıq planı necədir?
- Uşaqlara dedim bu oyunu unudun. Qarşıdakı hər dəqiqə bizim üçün qızıl dəyərindədir. Yerli oyunçular yanvarın 5-də hazırlığa başlayacaq. Legionerlərimiz isə yanvarın 7-8-də gələcəklər. Çünki klublarında oyunlar var, ondan sonra bizə qoşulacaqlar. Niderlanda yollanmazdan əvvəl də bir yoldaşlıq oyunu keçirəcəyik. Belçika millisi ilə matçda nə qədərəcə hazır olduğumuzu görəcəyik.

- Toplanış zamanı bu heyətə əlvələr olacaq?
- Eduardo Borgez zədəli olduğuna görə bu toplanışda iştirak edə bilmirdi. Hazırda müalicə olunur. Ümid edirəm ki, həmin vaxta qədər sağalacaq və komandaya qoşulacaq. Əsas odur ki, digər futzalçılarımız da zədəsiz oyunlar keçirsinlər və son hazırlıq mərhələsinə tam heyətlə qatıla bilək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" -Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

10:23

MPL: "Neftçi" "Səbail"i, "Qarabağ" "Kəpəz"i qəbul edir -YENİLƏNİR

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

Facebookdan bizi izləməyi unutmayın.
X