Futbol üzrə Kipr çempionatında 15-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azəırbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Etnikos” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Doxa” ilə qarşılaşıb. Futbolçumuzun komandası 0:1 hesabı ilə uduzub.
Araz oyunun 64-cü dəqiqəsində meydana buraxılıb. Millimizin üzvü 82-ci dəqiqədə sarı vərəqə alıb.
15 tura 8 xal toplaya bilən “Etnikos” turnir cədvəlində 12 iştirakçı arasında sonuncudur.