Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib.
Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Ukraynanın "Rux" (Lvov) klubunun ikinci komandasına qarşı keçirilən qarşılaşma millimizin minimalhesablı məğlubiyyəti ilə nəticələnib - 0:1.
Xatırladaq ki, toplanış çərçivəsində fevralın 2-də İraq U-20 millisinə qarşı keçirilən ilk yoxlama oyunu 2:2 hesabı ilə yekunlaşmışdı. U-19-un növbəti rəqibi sabah "Antalyaspor"un əvəzedici komandasına qarşı olacaq.