Futbol üzrə Azərbaycan millisi mart ayında iki beynəlxalq yoldaşlıq oyunu keçirəcək.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma martın 25-də Malta, martın 29-da isə Latviya ilə qarşılaşacaq.
Hər iki oyun Maltada (National Stadium) keçiriləcək. Meydan sahibləri ilə görüş Bakı vaxtı ilə saat 22:00-da latviyalılarla görüş isə 15:00-da başlayacaq.