Polşa "Ekstraklassa"sında 20-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Radomiak Radom”la heç-heçə edib - 1:1.
Krivotsyuk sonadək ehtiyatda qalıb.
20 tura 30 xal yığan “Visla” 18 kollektiv arasında 7-ci pillədə mövqe tutub.