Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo Zaqreb" fevralın 17-də UEFA Avropa Liqasının pley-off mərhələsində "Sevilya" ilə qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, Zaqreb klubunu cümə axşamı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq oyunda 1000 xorvatiyalı azarkeş dəstəkləyəcək.
Klubun mətbuat xidməti ispanlardan məhz bu sayda bilet alındığını açıqlayıb. "Sevilya" bir biletə 230 kuna (60 manat) qiymət qoyub.