19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Antalya toplanışı çərçivəsində növbəti sınaq matçını keçirib.
Fanat.Az xəbər verir ki, seçməmiz "Antalyaspor"un əvəzedici heyəti ilə üz-üzə gəlib.
Görüş təmsilçimizin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Azərbaycan yığmasının yeganə qolunu Ayxan Süleymanov vurub.
Qeyd edək ki, U-19 daha öncə İraqın U-20 millisi ilə yoxlama görüşünə çıxmış və 2:2 hesablı heç-heçə etmişdi.