Azərbaycan millisinin üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" 2021/2022 mövsümünün qış transfer dönəmi üçün qadağanın aradan götürülməsinə nail olub.
Fanat.Az xəbər verir ki, Türkiyə I Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayaraq 4 yeni oyunçunun transferini elan edib.
Portuqaliya klubu "Fakuş Fereyra"dan Joao Pedro və Enver Cenk Şahinlə 1,5 illik, əvvəllər də bir çox türk klublarında çıxış etmiş Tevi Bifouma ilə mövsümün sonuna qədər, Yusuf Türklə isə icarə əsasında müqavilə imzalanıb.
Qeyd edək ki, "Bursaspor" hazırda 23 xalla 16-cı yerdə qərarlaşıb. Namikin komandası çempionatda növbəti oyununu fevralın 11-də "Samsunspor"a qarşı keçirəcək.
Mirağa