Polşa Ekstraklassasında 21-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə “Piast”la qarşılaşaraq 0:2 hesabı ilə uduzub.
Krivotsyukun adı matçın protokoluna daxil edilməyib.
21 tura 30 xal yığan “Visla” bu məğlubiyyətdən sonra 9-cu pilləyə geriləyib.