Futzal üzrə Azərbaycan millisinin üzvü Rafael Vilela İspaniya "Palma"sından ayrılıb.
Fanat.Az xəbər verir ki, o, karyerasını Rusiyada davam etdirəcək.
İspaniya klubu yaydığı məlumatda Vilelanın "Tümen" üçün tibbi müayinədən keçəcəyini bildirib: "Palma" tərəfindən Vilelanın "Tümen"də tibbi müayinədən keçməsi üçün Rusiyaya yollanmasına icazə verilib. Müqavilənin xitam şərtləri ödəniləcək. O artıq Rusiyaya yollanıb".