Futzal üzrə Azərbaycan millisinin üzvü Amir Şocayi karyerasını Qazaxıstanda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, "Bayterek" iranlı legionerlə müqavilə imzalayıb.
Bu haqda klubun "İnstagram" səhifəsində paylaşım edilib.
Şocayi sabah Qazaxıstana yollanacaq. O, mövsümün sonuna kimi sözügedən komandanın şərəfini qoruyacaq.
Qeyd edək ki, millimizin daha bir üzvü Hadi Əhmədi də "Bayterek"də çıxış edir.
Mirağa