Avropa Liqasının pley-off mərhələsində İspaniya “Sevilya”sı ilə üz-üzə gələn Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının ötən gecə baş tutan oyunu dəyərləndirilib.
Fanat.Az xəbər verir ki, Xorvatiya mətbuatı "Dinamo"nun futbolçularının çıxışına qiymət verib.
İkinci hissədə meydana çıxan Azərbaycan millisinin hücumçusu Mahir Emreli, o cümlədən komandanın daha üç oyunçusu qiymət almayıb.
Həmkarlarımız Mahirin bir əlverişli fürsət yaxaladığını, həmin epizodda isə Arijan Ademinin ona həlledici ötürmə etmədiyini vurğulayıb.
Qeyd edək ki, Mahir Emrelinin debüt etdiyi oyunda “Sevilya” 3:1 hesabı ilə qalib gəlib.
Mirağa