Futbol üzrə Polşa çempionatında 22-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Zaqlenbe”yə 1:3 hesabı ilə yenilib.
Krivotsyuk sonadək ehtiyatda qalıb.
“Visla” 22 turdan sonra 30 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.