Futbol üzrə Xorvatiya çempionatında 24-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.
Sözügedən komanda öz meydanında paytaxtın digər təmsilçisi “Lokomotiva” ilə üz-üzə gəlib. Görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
Mahir sonadək ehtiyatda qalıb.
Bərabərlik sayəsində xal hesabını 50-yə çatdıran “Dinamo” turnir cədvəlində 10 iştirakçı arasında birinci yerdədir.