Bu gün Türkiyə 1-ci liqasında 26-cı turun oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" da növbəti sınağına çıxacaq.
"Timsahlar" səfərdə lider "Ankaragücü" ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, "Bursaspor" keçirdiyi 23 oyunda 24 xal toplayıb və turnir cədvəlinin 16-cı pilləsindədir.