Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 23-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.
Aue təmsilçisi səfərdə Düsseldorf “Fortuna”sına 1:3 hesabı ilə yenilib. Bu, Aue klubunun ardıcıl dördüncü məğlubiyyəti olub.
Nazarov sonadək ehtiyatda qalıb.
23 oyuna 15 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında sonuncudur.