Bu gün Polşa Ekstraklasasında 23-cü tura start veriləcək.
Fanat.Az xəbər verir ki, turun açılış matçı millimizin üzvü Anton Krivotsyukun iştirakı ilə baş tutacaq.
Plotsk "Visla"sı səfər oyununda "Rakuv"la üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, Krivotsyuk"un komandası "Visla" 22 turdan sonra 30 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Rəqib isə 42 xalla 3-cü yerdədir.
Mirağa