Futbol üzrə Xorvatiya çempionatında 25-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası səfərdə çempionluq uğrunda mübarizədəki əsas rəqibi “Osiyek”ə 0:1 hesabı ilə uduzub.
Adı matçın iştirak ərizəsinə salınan Mahir sonadək ehtiyatda qalıb.
“Dinamo”ya bir müddət öncə keçən Emreli hələ Xorvatiya çempionatında debüt etməyib. Əvəzində o, Avropa Liqası çərçivəsində baş tutan İspaniya “Sevilya”sı ilə səfər (1:3) və ev (1:0) oyununda iştirak hüququ qazanıb.
“Dinamo” hazırda 50 xalla 10 iştirakçı arasında 2-ci pillədə qərarlaşıbsa, zirvə savaşında zəfərə sevinən “Osiyek” 52 xalla liderdir.