UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqiblərindən olacaq Slovakiya yoldaşlıq görüşü keçirib.
Fanat.Az xəbər verir ki, Ştefan Tarkoviçin baş məşqçi olduğu komanda Norveç seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma Skandinaviya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. Norveçin qollarını 77-ci dəqiqədə Erlinq Holann və 80-ci dəqiqədə Martin Edeqor vurub.
Qeyd edək ki, Azərbaycan millisi Slovakiya ilə ilk oyununu iyunun 10-da evdə, növbəti görüşü isə sentyabrın 22-də səfərdə keçirəcək.