Sabah Azərbaycan millisi ilə yoldaşlıq görüşündə üz-üzə gələcək Latviya yığmasının baş məşqçisi Daynis Kazakeviç matçla bağlı fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, o, oyunöncəsi mətbuat konfransında bunları deyib:
"Bütün oyunlara qələbə üçün çıxırıq. Rəsmi və ya yoldaşlıq xarakteri daşımasının fərqi yoxdur. Standart vəziyyətlərdə böyük potensialımız var. Bunlardan istifadə etməliyik. Eyni zamanda, mövqeli hücumlarla yanaşı, əks-hücumlarda da effektli olmağa çalışmalıyıq. İtkilərimiz var. Bununla belə, Azərbaycanla oyunda ən yaxşı futbolçular meydana çıxacaq. Debütlər də mümkündür".
Qeyd edək ki, sabah Maltada keçiriləcək Azərbaycan - Latviya oyunu Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.