Azərbaycan millisi Malta və Latviya ilə yoldaşlıq oyunlarına (hər ikisi 0:1) görə reytinq xallarının itirilməsinə səbəb olub.
Fanat.Az xəbər verir ki, yığma iki yoxlama oyununa görə 12,1 xal itirəcək.
Bunun 5,4-ü Latviyaya, 6,7-si isə Maltaya məğlubiyyətə görədir.
Nəticədə ötən reytinqdə 1139 xalla 121-ci olan millinin aktivi 1126,9-a qədər azalıb.
Qeyd edək ki, milli komandaların növbəti reytinq siyahısı martın 31-də açıqlanacaq.