Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına müsahibə verib.
Fanat.Az xəbər verir ki, 66 yaşlı mütəxəssis 0:1 hesabı ilə uduzduqları Malta və Latviyaya qarşı yoldaşlıq görüşlərindən danışıb:
"Komandada xarakter problemi var. Həmişə uduzursansa, daha az boyun əyməli, daha çox qürur və qətiyyət nümayiş etdirməlisən. İndilik buna təsir etmək, ruhumu qorxaq komandaya vermək gücündə deyiləm. Vaxtın çox az olması problemdir. Buna baxmayaraq komandada yeni sistemi sınadıq. Milli komandaların problemləri var, 12 gün ərzində UEFA Millətlər Liqasında 4 oyun keçirəcəyik. Bunu edə biləcək oyunçularım yoxdur, bəzi şeylər bizi təəccübləndirir".
De Byazi Azərbaycan millisini Albaniya yığması ilə də müqayisə edib: "Hazırda Albaniya millisində hər şey yaxşıdır, keyfiyyətləri var. Azərbaycan yığmasında isə gördüyümüz işdən nəticə hasil etmək üçün var qüvvəmizlə mübarizə aparırıq. Hazırda bunun üzərində işləyirəm. İstəyimi müəyyən müddət sonra gerçəkləşdirmək üçün mənə vaxt verilib".
Qeyd edək ki, italyan məşqçi 2020-ci ildən Azərbaycan yığmasına rəhbərlik edir.