Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində Qazaxıstan yığması ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu il iyunun 3-də keçiriləcək Qazaxıstan - Azərbaycan oyunu Nur-Sultan şəhərindəki Astana Arenada təşkil olunacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.