Zaqreb "Dinamo"sunda çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emrelinin çiyni çıxıb.
Fanat.Az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç açıqlamasında bildirib.
69 yaşlı mütəxəssis bildirib ki, "Qoritsa" ilə matçda rəqiblə ikili mübarizədən sonra yerə yıxılan 25 yaşlı forvard problemi özü yoluna qoyub: "O, həkimlər meydana daxil olanadək çiynini yerinə salıb".
Emreli həmin epizoddan sonra ayağa qalxaraq, oynamağa davam edib. Forvard 75-ci dəqiqədə əvəzlənib.
Futbolçunun bərpası üçün müəyyən dövrə ehtiyac duyulub. O, artıq müalicəyə başlayıb.