Zaqreb "Dinamo"sunun və Azərbaycan millisinin futbolçusu Mahir Emreli 2021/2022 mövsümündə Polşa "Legiya"sının bombardiri olub.
Fanat.Az-ın məlumatına görə, sözügedən hücumçu mövsümün ilk yarısında şərəfini qoruduğu "Legiya"da 11 qol vurub və 1 məhsuldar ötürmə edib.
24 yaşlı azərbaycanlıya ən yaxın nəticəni çexiyalı forvard Tomaş Pexart göstərib. 10 dəfə rəqib qapılarına yol tapan Pexart 1 qol ötürməsi ilə yadda qalıb.
Qeyd edək ki, qışda Varşava klubundan ayrılan Emreli "Dinamo" ilə 4,5 illik müqavilə imzalayıb.
Nihat