Millimizin rəqibində növbəti itki

Millimizin rəqibində növbəti itki

Futbol üzrə Qazaxıstan millisi UEFA Millətlər Liqasının C Divizionunun ilk turunda Azərbaycan seçməsinə qarşı keçirəcəyi ev oyununun hazırlığına başlayıb. 

Fanat.Az Qazaxıstan Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “Astana Arena”da baş tutan ilk məşqdə yığmanın qapıçısı Stas Pokatilov iştirak etməyib.   “Aktobe”nin 30 yaşlı qolkiperi ailə problemləri üzündən heyətdən çıxarılıb.

Sankt-Peterburq "Zenit"ində çıxış edən Nuralı Alip isə komandaya mayın 29-da qoşulacaq.

İyunun 3-də paytaxt Nur-Sultandakı "Astana Arena"da baş tutacaq Qazaxıstan - Azərbaycan matçına Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər