“Hazırlıqlar məşqçilər korpusunun göstərişlərinə uyğun, normal qaydada davam edir".
Fanat.Az xəbər verir ki, bunu Qazaxıstan millisinin qapıçısı İqor Şatskiy Millətlər Liqasında Azərbaycana qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.
"İlk üç gündə funksional hazırlıqlar getdi ki, qarşıdakı qısa tsikldə fiziki cəhətdən tam hazır olaq. Hər bir rəqibə hörmətlə yanaşırıq. Hardasa ehtiyat da edirik. Amma hər şey plana uyğun gedir. Məşqçilər korpusu bizi oyunlara yaxşı hazırlaşdırır. Ümidvaram ki, hər şey yaxşı alınacaq”.
Qeyd edək ki, iyunun 3-də paytaxt Nur-Sultandakı "Astana Arena"da oynanılacaq Qazaxıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.