Bakıda təlim-məşq toplanışını başa vuran 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlamaq oyununu keçirib.
Fanat.Az xəbər verir ki, yığmamız Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında Özbəkistan seçməsi ilə üz-üzə gəlib.
Matç 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş ilk qarşılaşma 3:2 hesabı ilə Azərbaycan ymillisinin xeyrinə nəticələnmişdi.