Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyədə təlim-məşq toplanışınə davam etdirir.
Fanat.Az xəbər verir ki, yığmamız hazırlıq çərçivəsində Türkiyə seçməsi ilə yoldaşlıq oyunu keçirib.
Görüş rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında növbəti oyun iyunun 28-də keçiriləcək.