Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası "Dinamo Zaqreb" yoxlama oyununda qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, Xorvatiya çempionu Sloveniyada keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutan matçda "Spartak Trnava" ilə qarşılaşıb. "Dinamo Zaqreb" oyunu 3:3 hesablı heç-heçə ilə başa vurub.
Emreli Slovakiya komandası ilə oyunda ikinci hissədə meydana çıxıb. Bu gün həm də 25 yaşını qeyd edən hücumçumuz ad gününə hədiyyə edərək oyunun 88-ci dəqiqəsində qolla yadda qalıb.
Emin