Türkiyənin Konya şəhərində 9-18 avqust tarixlərində təşkil olunacaq V İslam Həmrəyliyi oyunlarında mübarizə aparacaq 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, millimiz B qrupunda Marakeş, İran və Səudiyyə Ərəbistanı komandaları ilə mübarizə aparacaq.
Millimizin oyunların təqvimi belədir:
8 avqust
19:00. İran – Azərbaycan
10 avqust
17:00. Səudiyyə Ərəbistanı – Azərbaycan
12 avqust
15:00. Mərakeş – Azərbaycan
14 avqust
19:00. Yarımfinal
16 avqust
16:00. Üçüncü yer
19:00. Final
Qeyd edək ki, oyunların başlama saatı yerli vaxtla göstərilib.