15:41 18.08.2022 337

"Türkiyədə nəticə qazanacağımıza ümidimiz az idi" - Samir Əliyev

Türkiyənin Konya şəhərində təşkil olunmuş V İslam Həmrəyliyi Oyunlarda bürünc medal qazanan 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev AFFA-nın mətbuat xidmətinə müsahibə verib.

Fanat.Az həmin müsahibəni təqdim edir.

- İslam həmrəyliyi oyunlarında bürünc medallar qazanmağınız münasibətilə təbrik edirik. Turnir barədə ümumi fikirləriniz necədir?

- İlk oyunda Asiya çempionu Səudiyyə Ərəbistanı komandasına qarşı oynadıq. İlk oyunumuz idi deyə, bütün gücümüzü ortaya qoyduq. Düzdür, nisbi üstünlük rəqib komandada olsa da, yaxşı oynadıq. Təəssüf ki, son saniyələrdə qapımıza olmayan penalti təyin olundu və məğlub olduq. Hakim qarışıqlıq zamanı səsə aldanıb 11 metrlik cərimə zərbəsi təyin etdi. İkinci oyunda İran yığması ilə qarşılaşmalı idik. Məndə olan məlumata görə klublar əsas oyunçularını milliyə buraxmadıqları üçün İran komandası son anda turnirdən iştirakdan imtina etdi. Belə demək mümkünsə, bəxtimiz gətirdi. İran yığması gəlsəydi, təqvimimiz daha sıx olacaqdı. Onlar gəlmədi deyə, komanda olaraq daha çox istirahət etmək, növbəti oyuna daha yaxşı hazırlaşmaq imkanı qazandıq. Qrupun son qarşılaşmasında yarımfinala vəsiqə qazanmaq üçün heç-heçə bizi qane edirdi. Ancaq Mərakeşlə yığması ilə oyundan əvvəl futbolçulara tapşırdım ki, əgər heç-heçə üçün meydana çıxsaq, məğlub olacağıq. Qalib gəlməyin vacib olduğunu bildirdim. Oyun ərzində əldə etdiyimiz imkanları dəyərləndirib qollar vurduq. Təəssüf ki, yenə oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrində qapımızdan qol buraxdıq. Çox istərdik qələbə ilə yarımfinala vəsiqə qazanaq, amma olmadı. Əsas odur ki, qrupdan çıxdıq.
 
- Yarımfinalda çempion Türkiyə komandası ilə qarşılaşdınız...

- Türkiyə turnirin əsas favoritlərindən biri idi. Həm meydan sahibi idi, həm də heyəti güclü futbolçulardan formalaşıb. Yarımfinal oyununda heyətdə 7-8 əvəzetmə edib hamının oynaması üçün şərait yaratdıq. Təəssüf ki, minimal hesabla məğlub olduq.
 
- Bürünc medallar qazandığınız Əlcəzair komandası ilə oyun barədə nə deyə bilərsiniz?

- Təqvimi sıx olan turnirlərdə bir gündən bir oyun keçirmək asan deyil. Komanda funksional cəhətdən çox hazırlıqlı olmalıdır. İki eyni səviyyədə heyətə malik olmalısan ki, stabil oyun oynaya biləsən. Əlimizdəki imkanlarla maksimum rotasiya etməyə çalışırdıq. Əlcəzair də yarımfinalda ağır oyun keçirmişdi. Yorğun olacaqlarını bilirdik. Bərabər səviyyəli oyun keçdi. Hər iki komandanın qol vurmaq imkanları oldu. Buna baxmayaraq, hesab açılmadı. Penalti zərbələrini daha dəqiq yetirdik və turnirin bürünc medallarını qazandıq.
 
- Nəticəni qənaətbəxş hesab edirsinizmi?

- Etiraf edək ki, Türkiyəyə yollananda nəticə əldə edəcəyimizə ümidimiz az idi. Çünki daha əvvəl də dediyim kimi, istədiyimiz heyəti apara bilməmişdik. Turnirdən öncə komanda ilə iclasda hər bir futbolçuya şans verəcəyimi bildirmişdim. Avqustun 1-də toplaşmalı idik, ancaq müxtəlif səbəblərdən bir gün sonra biraraya gəldik. Cəmi 7 məşq keçmək imkanımız oldu. Onun da ikisində əsasən standart vəziyyətlər üzərində çalışdıq.
 
- Əgər istədiyiniz heyətlə mübarizə aparmaq imkanınız olsaydı, nəticə fərqli ola bilərdimi?

- Onu qeyd edim ki, turnirə gələn komandalar çox güclü idilər. Misal üçün, bizimlə oyundan sonra Mərakeş komandasının üzvü “Trabzonspor”a transfer olundu. Hər bir komanda üstün futbol oynayırdı. Biz isə əsasən mübarizə aparırdıq. Əlbəttə, əgər biz də təcrübəli futbolçularla mübarizə aparsaydıq, daha yaxşı nəticə əldə edə bilərdik. Rəqibləri təhlil etmişdik, zəif və güclü tərəflərini tam öyrənmişdik. Oyunumuzu daha çox müdafiədən qururduq. Açıq futbol oynsaydıq, hesablar daha fərqli olardı.
 
- Oyunların, xüsusən 3-cü yer uğrunda qarşılaşmanın gündüz saatlarına, havanın isti vaxtına salınması komandaya necə təsir etdi?

- Bu cür kütləvi yarışlarda təşkilatı işlərdə müəyyən problemlərin olması normaldır. Təqvimin sıx olması və oyunların gündüz saatlarında keçirilməsini çatışmazlıq kimi qeyd edə bilərəm.
 
- Bu oyunların 21 yaşlıların seçmə mərhələ qarşılaşmalarında yaxşı nəticə qazanmaq baxımından faydalı olacağını bildirmişdiniz...

- Bəli. Biz digər komandalarla müqayisədə çox gənc heyətlə mübarizə apardıq. Gənc futbolçularla nəticə qazandıq. Bu uşaqların çoxu növbəti seçmə mərhələ üçün U-21-ə namizəd futbolçulardır. Onların hansı vəziyyətdə olduqlarını, nə kimi çatışmazlıqları olduğunu gördük. Dediyim kimi, həm gənc futbolçular, həm də biz məşqçilər üçün yaxşı təcrübə oldu. Klublara və məşqçilərə hazırlıqlı futbolçular göndərdikləri üçün təşəkkür edirəm.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

12 May 2025
23:37

Avropa Liqasının finalı almana tapşırıldı

23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

21:50

Ranyerini bu iki mütəxəssisdən birinin əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

18:02

Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

17:51

Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər

17:34

"Milan"ın yarımmüdafiəçisi İngiltərə nəhənginə transfer olunmağa yaxındır

17:03

Mbappenin etdiyini XXI əsrdə heç bir "Real"lı edə bilməmişdi

16:44

"Skudettonun taleyi bizim əlimizdə deyil" - Simone İnzaqi

16:26

Fransa nəhəngi "Arsenal"ın müdafiəçisini istəyir

16:08

"Bu, biabırçılıqdır, biabırçılıq" - Sabiq "Real"lı Vinisiusu qınadı

15:50

Ukrayna tarixinin "ən yaxşı"sı Özbəkistana qayıdır

15:31

Gimnastlarımız Polşada 17 medal qazandılar

15:13

"Sumqayıt" Vaqif Cavadovu istefaya göndərdi - RƏSMİ

14:38

"Barselona"nın saxlamaq istədiyi hücumçu qərarını verdi - Gedir?

14:19

"İnter" braziliyalı vingerin transferini bu tarixədək tamamlamaq istəyir

14:02

"Son iki addım əvvəl ağlımızdan da keçməyən hədəf anlamındadır" - Antonio Konte

13:44

Şafranko "Sabah"ın tarixinə düşdü

13:26

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:08

Cavadovun mesajı, Rəfiyevin inadı

12:50

"Bəli, Sadio ilə aramızda müəyyən gərginlik var idi" - Məhəmməd Salah

12:32

"Aston Villa"da oynadığım günlər üçün darıxıram" - "Yuventus"un futbolçusu

12:14

“Qarabağ”ın kapitanı yubiley oyununa çıxdı, tarixdə 6-cı futbolçu oldu

11:57

Xabi Alonsonun "Real Madrid"ə keçəcəyi tarix bəlli oldu

11:38

Azərbaycan cüdoçularından Sloveniyada 2 medal qazandılar

11:20

Ançelotti "Barselona"ya məğlubiyyəti şərh etdi - "Hər kəs bizə istədiyi qiyməti verə bilər"

11:01

"Turan Tovuz" "40"-a çatdı

10:43

Premyer Liqada 3 oyun eyni vaxtda başlayacaq

Facebookdan bizi izləməyi unutmayın.
X