UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək Azərbaycan – Qazaxıstan oyununun biletləri satışa çıxarılıb.
Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki,
Sentyabrın 25-də baş tutacaq görüşə biletlər üç kateqoriyaya bölünüb. 1-ci kateqoriya 5,
2-ci kateqoriya 2, VİP isə 10 manatdır.
Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.