Azərbaycan U-17 millisi avqustun 28-dən sentyabrın 2-dək Bakıda, 2-dən 7-dək isə Bolqarıstanın paytaxtı Sofiya şəhərində təlim-məşq toplanışında olacaq.
Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz təlim-məşq toplanışı çərçivəsində sentyabrın 4-də və 7-də Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə 2 yoldaşlıq oyunu keçirəcək. Yoldaşlıq oyunları üçün yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək.
Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını isə belədir:
1 | Hüseynov Osman | Riqa (Latviya) |
2 | Məmmədzadə Sadiq | Səbail |
3 | Əliyev Nihad | Qarabağ |
4 | Qaracayev Ayxan | İUGOEM |
5 | Hüseynov Hüseyn | Turan Tovuz |
6 | Orucov Nadir | Sumqayıt |
7 | Tarverdiyev Əhməd | Sabah |
8 | Abdiyev Nurhan | Zirə |
9 | Bağırzadə Ceyhun | Neftçi |
10 | Zallı Səməd | Şamaxı |
11 | Zeynallı Raul | Səbail |
12 | Bağırov Dinamin | Turan Tovuz |
13 | Həşumov Mehdi | Qaradağ Lökbatan |
14 | Cəfərli İlkin | Sabah |
15 | Budaqov İlkin | Qəbələ |
16 | Mikayılov Elton | Qarabağ |
17 | Mirzəyev Teymur | Sabah |
18 | Əhmədzadə Nihad | Sumqayıt |
19 | Allahverdiyev Məhəmməd | İUGOEM |
20 | Ələkbərli Əşrəf | İUGOEM |
21 | Məmmədli Sadiq | İUEOGM |
22 | Osmanov Niyazi | Sabah |