Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycanın U-21 yığması bu gün yoxlama görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi komanda Macarıstanın U-21 yığması ilə qarşılaşıb.
Qarşılaşma macarların 3:0 hesablı qələbəsiylə yekunlaşıb. 48-ci dəqiqədə penaltidən vurulan qolla məğlub duruma düşən yığmamız, 66 və 81-ci dəqiqələrdə daha 2 qol buraxıb.
Yoxlama oyunu
17 noyabr
Macarıstan – Azərbaycan 3:0