10:51 23.04.2021 305

Millimizin baş məşqçisi: "Qarşılaşmaq istəmədiyim komandalar var"

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva federasiyanın Mətbuat xidmətinin suallarını cavablandııb.

Fanat.Az həmin müsahibəni təqdim edir...

- Avropa çempionatının seçmə qrup oyunları haqqında nə deyə bilərsiniz?

- Rəsmi oyunlara az müddət qalmış çətin vəziyyətdə idik. Təsəvvür edin, komanda üzvləri 10 ay idi zalda məşq etmirdi, heç bir oyunda gücünü sınamırdı. Əlbəttə, bu məqam bizi narahat edirdi. Çöl şəraitində fiziki məşqlər keçsək də, toplu və taktiki çalışmalar üçün mütləq zala qayıtmalı idik. Slovakiya yığması ilə qarşılaşmaya 10 gün qalmış bizə bu icazə verildi. Başlanğıc çətin oldu, amma işimizin öhdəsindən gəldik. Qrup oyunları göstərdi ki, bu gün futzalda aşkar favorit yoxdur və komandalar demək olar, eyni səviyyədədirlər.

- Hansı oyun çox çətin keçdi? Nisbətən rahat şəkildə baş tutan görüş oldumu?

- Slovakiya millisi ilə hər iki oyunumuz çətin keçdi. Xüsusilə də səfər matçını qabardardım. Həmin görüşə ciddi itkilərlə yollandıq. Zədə səbəbindən bir neçə futzalçımız bizə kömək edə bilmədi. Slovaklar isə bu matçda həm qrupda ən azı ikinci yeri təmin etməyə, həm də meydan amilindən lazımınca istifadə etməyə çalışdılar. Ancaq futzalçılarım intizamlı şəkildə oynadılar, verilən tapşırıqları icra etməyə çalışdılar. Qazanılan heç-heçə sayəsində biz qrup liderliyini təmin etdik.

- Hansı oyunda komanda siz istədiyiniz kimi çıxış edə bildi?

- Bayaq qeyd etdiyim kimi, pandemiya ilə əlaqədar uzun müddət məşqsiz qalmağımız və oyun keçirməməyimiz rəsmi görüşlərin əvvəlində hiss olunurdu. Bu heç də asan deyildi. İdmançı bu qədər işindən kənarda qalırsa, onun qısa vaxtda geri dönüş etməsi, istənilən formaya düşməsi asan deyil. Son iki matçı (Slovakiya ilə səfərdə, Yunanıstanla Bakıda-red.) fərqləndirərdim. Bu da daha çox məşq etməyimizin və ardıcıl oyunlar keçirməyimizin bəhrəsi idi.

- Yeni formatdan razı qaldınızmı?

- Həqiqətən çox razı qaldım. Əvvəllər biz il ərzində cəmi 3 rəsmi oyun keçirirdik. Bir ölkəyə yığışır, 4-5 gün ərzində turnirə yekun vururduq. Bu dəfə həm oyunların sayı çoxalıdı, həm də yarış 4 ay davam etdi. Çoxlu məşqlər keçdik. Reqlament indi imkan verir ki, istənilən rəqiblə doğma meydanında da qarşılaşaq. Bu cür yüksək səviyyəli görüşlər keçirməklə inkişaf edirik.

- Artıq iştirakçı komandalardan 15-nin adı dəqiqləşib. Son vəsiqəni isə Belarus – Serbiya duelinin qalibi qazanacaq. Bu komandlar arasında sizin üçün sürpriz ad və ya adlar varmı?

- Hansısa komandaya görə təəccüblənmədim. Müsahibənin əvvəlində də qeyd etdiyim kimi, futzalda komandaların səviyyəsi bir-birinə çox yaxınlaşıb. Bu baxımdan qazanılan nəticələr normaldı. Bəlkə də ilk dəfə bu vəsiqəni qazanan Gürcüstanın uğuru çoxları üçün gözlənilməz oldu. Amma heyətlərinə baxsaq, nəticənin sürpriz olmadığını görərik. Son vəsiqənin sahibi Belarus - Serbiya duelində müəyyənləşəcək. Belarus millisi bu duelin qalibi olsa və final mərhələsinə vəsiqə qazansa, bu sürpriz olacaq.

- Final mərhələsində 16 komanda iştirak edəcək. Bu mərhələ barədə nə düşünürsüz?

- Komandaların sayının artması avtomatik olaraq qarşılaşmaların sayını da artırır. Bu yaxşı haldır. Artıq 15 iştirakçının adını bilirik. Maraqlı oyunlar olacaq. Gözləyək, görək hansı komandalarla bir qrupda yer alacağıq.

- Final mərhələsində qrupunuzda hansı komandaların yer almasını istərdiniz?

- Mənim hansısa komandanın adını çəkməyim düzgün olmazdı. Bütün rəqiblər güclüdür və hər biri növbəti mərhələyə yüksəlmək uğrunda mübarizə aparacaq. Ona görə də gözləyək, püşk özü bu sualın cavabını verəcək. Qismətimizə hansı komandalar çıxsa, hamısı ilə mübarizə aparacağıq. Əlbəttə, arzulamadığım komandalar var, amma yenə deyirəm, ad çəkmək istəmirəm.

- Həlledici mərhələyə səkkiz aydan artıq vaxt var. Bu dövrü necə dəyərləndirəcəksiniz?

- Əlbəttə, FİFA-nın oyunlar üçün açıqladığı pəncərələrdən maksimum istifadə etməliyik. Avropa çempionatından əvvəl ən az 4 yoldaşlıq oyunu keçirməli, sparrinqlərimizin güclü komandalar olmasına çalışmalıyıq. Planımızı hazırlayacağıq. Ancaq indi elə vaxtdır ki, pandemiya ilə əlaqədar 1-2 aydan sonra vəziyyətin hansı istiqamətdə dəyişəcəyini bilmirsən.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 Avqust 2021
16:48

Ançelotti 5 futbolçunu toxunulmaz elan etdi - SİYAHI

16:29

"Kəpəz" sabiq oyunçusunu geri qaytardı

16:09

Şevçenko Ukrayna millisindən getdi

16:01

Bəhlul Mustafazadə "Sabah"la vidalaşdı

15:35

Tokio 2020: "Qızıl" alman tennisçinin oldu

14:28

İstanbul nəhəngi dünya ulduzunu transfer edir - SON DURUM

14:22

Tokio 2020: Boksçumuz "bürünc"lə kifayətləndi

13:57

Tokio 2020: Daha 2 rekord

13:31

Pandev A Seriyası klubu ilə müqavilə yenilədi

13:14

"Mançester Siti" ulduzunu sata bilər - SƏBƏB

12:46

"Neftçi" - HİK oyununun biletləri nə vaxt satışa çıxarılacaq?

12:35

Avroliqa öncəsi "Neftçi"də toy - FOTOLAR

11:58

Rüfət Dadaşov ABŞ-da 4-cü qolunu vurdu - VİDEO

11:45

Olimpiya mükafatçısı: "Çox təəssüf ki, yerlilərdən medal qazanan olmadı"

11:23

Tokio-2020: Azərbaycanlı boksçu hakimləri təhqir etdi - FOTO/VİDEO

10:54

"Neftçi"nin rəqibi şikayətlənir...

10:40

Tokio 2020: Güləşçilərimizin rəqibləri məlum oldu

10:36

"Chessable Masters": Şəhriyar Məmmədyarov Nakamuraya qarşı

10:27

Türk futbolçu qol vurdu, "Barselona" darmadağın etdi - VİDEO

09:05

Tokio-2020: Təmsilçimiz 24-cü oldu

08:55

Əfran İsmayılov "Səbail"i ata yurduna apardı - FOTOLAR

08:41

Tokio 2020: Skidan finala keçə bilmədi

08:27

Domantas: "Məşqlərdə Ronaldinyonun fəndlərini etməyə çalışırdım"

08:20

"Barselona" ulduzları ilə bağlı qərarını verdi - SON DURUM

08:00

Mbappe "Real Madrid"ə havayı qismət olsa...

00:59

"Neftçi"nin rəqibi heç-heçə etdi

00:15

"Chessable Masters": "Şah"dan uğurlu sonluq - YENİLƏNİB

00:08

Mahir Emreli debütdə yenilgi gördü

00:01

Tokio 2020: Azərbaycanın final şansı

31 İyul 2021
23:25

Azərbaycanlılar oynadı, "Minay" evdə qazandı

22:38

Orxan oynadı, darmadağın gördü

22:24

Ukrayna millisinin hücumçusu "Benfika"da - RƏSMİ

22:16

Tokio 2020: Türkiyə 1/4 finalda

22:02

Tokio 2020: "Qızıl" İsveçrənin oldu

21:09

Üz ağardan və qan qaraldan komandalarımız - İlqar Tağıyevin yazısı

21:03

Dik Advokat İraq millisində - RƏSMİ

20:30

Ukraynalı hücumçu "Benfika" ilə müqavilə bağlayıb

19:52

Polşa millisinin üzvü Rusiya klubu ilə müqavilə bağladı

19:25

"Qalatasaray"dan 10 milyon avroluq transfer - Klub prezidenti açıqladı

19:05

Tokio 2020: Fransadan erkən qələbə

18:29

Tokio 2020: ABŞ, Fransa və İtaliya 1/4 finala yüksəldi

18:15

Reytinq açıqlandı: İlk "onluq"da iki azərbaycanlı

18:12

"Nəinki bu, gələn mövsüm də PSJ"də qalıram"

18:03

"Məni harda görmək istəyirlərsə, orda oynayacam" - Xames Rodriges

17:57

Yamaykalı qadınlardan "het-trik"

17:12

"Arsenal"ın arzusu reallaşa bilər

16:54

Tokio-2020: Futbolda yarımfinalçılar müəyyənləşdi

16:37

Tokio 2020-də yeni dünya rekordu - 113 il sonra

15:39

UEFA-dan məktub gəldi: Maksim AEL-ə qarşı oynayacaq

15:28

Məşhur futbolçunun müqaviləsi mətbuata sızdı - 115 milyon avro maaş...

15:16

Tahir Gözəl "Qarabağ" camiəsini təbrik etdi

14:59

"Ayaks"ın hücumçusu faciəvi şəkildə həlak oldu - FOTO

14:34

"Gənclər xidmətlərimizdən pulsuz yararlana bilərlər" - Olimpiya kompleksi rəsmisi

13:54

Cokoviç Olimpiada ilə vidalaşdı

13:17

Ceyhun Sultanovdan "Neftçi" və "Qarabağ"a tövsiyyə: "Heyəti gücləndirmək lazımdır"

12:50

Dünyanın ən bahalısı olacaq: Mbappeyə şok təklif

12:46

Türkiyə Tokio 2020-də ilk qızıl medalını qazandı - Tarixdə ilk

12:03

HİK-in Bakı planları

11:44

"Real Madrid" Benzema ilə bağlı qərar verdi

11:22

"Chessable Masters": Şəhriyar Məmmədyarov ilk görüşlərini keçirir

10:51

Elşad Əhmədovun "Neftçi"yə gətirdikləri

10:25

Boks güləşə çatdı

10:14

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:00

Günün transfer xəbərləri: "Liverpul"da yeni müqavilə

09:45

Dressel rekordlara doymur

09:22

Olimpiadada uduzan boksçumuz: "Hakim haqsızlığı oldu"

09:00

Tokio 2020: Cavid Çələbiyev mübarizəni dayandırdı

08:15

"Liverpul" onunla müqavilə yenilədi

08:00

İtaliya millisinin forvardı Rusiya klubuna keçə bilər

00:33

Krıxovyak "Lokomotiv"lə vidalaşdı

Facebookdan bizi izləməyi unutmayın.